Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qaz və İsrail: Avropa Rusiyanın daha bir əvəzedicisini necə tapdı?!

© REUTERS / Dennis OwenСтроительство газопровода, фото из архива
Строительство газопровода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara onun iqtisadi və geosiyasi maraqları üçün təhlükənin haradan qaynaqlandığını yaxşı anlayır və bu səbəbdən də Amerika-Türkiyə münasibətlərinin yaxşılaşacağına ümid etməyə dəyməz.

Sergey Savçuk, RİA Novosti

BAKI, 24 iyul – Sputnik. "Reuters" agentliyinin bu həftə verdiyi məlumata görə, İsrail hökuməti Avropa İttifaqı ilə sazişi təsdiqləyib.

Bu saziş çərçivəsində "EastMed" dəniz qaz kəmərinin tikintisi planlaşdırılır.

İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli - Sputnik Azərbaycan
Dünya bazarında təbii qaz hansı səbəblərdən bahalaşır – ekspert şərhi

İllərdir ki, Rusiyanın növbəti məğlubiyyətinin təsviri ilə parazitlik edən çoxsaylı Rusiya nəşrləri əsas leytmotini Köhnə Dünya rus qaz boru kəmərinə  alternativ tapması təşkil edən məqalələrlə çıxış edir.

Ancaq onların hədəf auditoriyasının sevinci bir sıra səbəblərdən qısa ola bilər.

Ondan başlayaq ki, "EastMed" - çox gənc layihədir və texniki nöqteyi-nəzərdən tamamilə xamdır. Enerji üçbucağı adlandırılan ölkələr - Yunanıstan, Kipr və İsrail - arasında ilkin saziş 2019- cu ilin martında imzalanıb. Burada kimin maraqlarına toxunduğunu anlamaq üçün əlavə edək ki, imzalanma prosesi Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun şəxsi nəzarətində olub.

Vaşinqtonu razı salmaq istəyən Avropa Komissiyası kazuistikanın möcüzələrini nümayiş etdirərək "EastMed"-ə "ortaq maraq layihəsi" statusunu verib. Bu, o deməkdir ki, sözügedən boru xətti Rusiyanın "Qazprom" şirkətinin qarşılaşdığı üçüncü enerji paketinin tələbləri və məhdudiyyətləri ilə rastlaşmayacaq. 

Seçim hüququ belədir.

Layihənin icrasını sürətləndirmək üçün texniki araşdırmaların başa çatdırılması məqsədilə Avropa büdcəsindən 39 milyon dollar vəsait ayrılıb. Bir qədər irəli gedərək deyək ki, bu, kifayət etməyib.

Hər şey heç texniki cəhətdən də sadə deyil.

Uzunluğu təxminən iki min kilometr, gücü on milyard kubmetr və (ilkin) dəyəri yeddi milyard dollar olan qaz kəmərinin yeddi il ərzində tikilməsi planlaşdırılır. 

Qətərdə iqtisadi zona, arxiv şəkli - Sputnik Azərbaycan
Yeni təhlükə: neft müharibəsindən sonra qaz müharibəsi gələ bilər
Eyni zamanda, onun "Şimal axını"ndan əsas fərqi ondan ibarətdir ki, Kiprlə Krit arasındakı sahədə dərinlik üç min metrə çatır. Məsələ həm də onunla mürəkkəbləşir ki, Aralıq dənizinin dibinin relyefi çox mürəkkəbdir, həmin rayon isə seysmik aktiv sayılır. Müasir texnologiyalar nəzəri cəhətdən belə bir şəraitdə boru xətti çəkməyə imkan verir, lakin təcrübədə belə bir şey hələ inşa olunmayıb.

Lakin bütün bu texniki aspektlər, sudan keçməklə boru xəttinin çəkilməsi ilə yanaşı, ölkələr arasında siyasi və digər ziddiyyətlərin ən mürəkkəb, dolaşıq olduğu fonda baş verir.

Birincisi, Leviafan yatağı ilə bağlı heç də hər şey hamar deyil. İsraillə yanaşı, üç trilyon kubmetr qaza hələ Misir, Livan və Suriya da iddia edir. Bu mübahisələr müharibə aparan Dəməşqə hələ gedib çatmayıb, amma Livan artıq on ildir ki, şelf hissəsinin mənsubiyyətinə etiraz edir. Hazırda Qahirə qaza olan daxili tələbatı tam şəkildə təmin edir və artıq yaxın gələcəkdə öz istehsalı olan sıxılmış təbii qazı satmaq üçün yanacaq xabını formalaşdırır.

İkincisi, əvvəlcədən planlaşdırılırdı ki, "EastMed" Leviafan qaz yatağından mavi yanacağın Kipr və Krit vasitəsilə Yunanıstana qədər uzanacaq boru xətti ilə İtaliya və Bolqarıstana getməsi nəzərdə tutur.

Maraqlıdır ki, il yarım ərzində İtaliya layihə iştirakçılarının layihənin işlənməsi ilə bağlı keçirdiyi görüşlərin heç birində iştirak etməyib. Bundan başqa, bir il əvvəl İtaliyanın Baş naziri Cüzeppe Konti ölkəsinin nə bütünlükdə layihəni, nə də 200 kilometrlik Poseidon interkonnektorunun tikintisini dəstəklədiyini açıq şəkildə bildirib.

Milan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini və elə həmin Yunanıstan və Albaniya tranziti vasitəsilə Azərbaycandan qazın alınmasını daha perspektivli hesab edir.

İtaliya (Poseidon) və Bolqarıstana (IGB) interkonnektorların tikintisi İtaliyanın "Edison S.p..A" və Yunanıstanın "DEPA S.A." şirkətlərinin bərabər hissələrə malik olduğu "IGI Poseidon" şirkətinin üzərinə düşür. İtaliya sahəsi ilə bağlı ən son xəbərlər cari ilin aprel ayında verilmişdi. Onda "IGI" mühəndis araşdırmaları üçün əlavə 70 milyon avro tələb edirdi. Pul hələ də ayrılmayıb və ona görə də işlər aparılmır.

Нефтяной танкер в порту Рас-Эль-Хайр в Саудовской Аравии - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər

Və əlbəttə ki, "EastMed" layihəsinin gerçəkləşdirilməsi yolunda layihənin əksər iştirakçıları ilə münasibətləri, yumşaq desək, ideallardan uzaq olan Türkiyə dağ kimi ucalır. Məsələn, Kipr sahillərinin yaxınlığında Afrodita yatağı yerləşir, oradan da Avropaya yenidən satmaq üçün təbii qaz almaq planlaşdırılır. 2018-ci ilin mart ayında İtaliyanın "Eni" şirkətinin kəşfiyyat gəmisi orada axtarışlar aparsa da, işlərin aparıldığı rayonu tərk etməyi ultimativ formada tələb edən Türk döyüş gəmilərinin dəstəsi gəldikdən sonra oranı tərk etmək məcburiyyətində qalıb.

Kiprdə necə olacağı da bilinmir. Qaz boru kəmərinin bir hissəsinin adanın şimal hissəsindən keçirilməsi planlaşdırılır və Ankara kiprlilərlə qəti fikir ayrılığı səbəbindən müvafiq tranzit haqlarını hesablayır.

Və nəhayət, Amerikanın bu layihəyə marağını təsadüfən qeyd etmədik. Deyək ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlər soyuqdur və Vaşinqtonun xarici siyasəti Ankaranı iqtisadi zərərə yuvarlatmaq zərində qurulub: İyulun 21-də ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın "Şimal axını - 2" və "Türk axını" qaz boru kəmərinə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul etdi. Hərəkətlər birmənalı olaraq, dostcasına deyil. Çünki onlar Ankaranın Cənubi və Cənub-Şərqi Avropanın əsas qaz xabına çevrilmək planlarını sual altına qoyurlar. Əgər "EastMed" və xüsusilə də onun bolqar konnektoru olan IGB inşa edilsə, “Türk axını”nın tranzit qolu olan Lüleburqaz özünün praktiki əhəmiyyətini, büdcə isə pulunu itirir.

Daha bir məqam. 1999-cu ildə Leviafan yatağının kəşfinə Amerikanın "Noble Energy" şirkəti başlayıb.

O, nəhəng karbohidrogen ehtiyatları aşkarlandıqdan sonra, İsrail hökumətinin bütün dəfnə çələngini və preferensiyalarını əldə edib. Təkcə Təl-əviv şelf qazı bazası əsasında daxili enerji layihəsinə 6,3 milyard dollar sərmayə yatırıb, "Noble Energy" isə bütün əlaqəli araşdırmalarda iştirak etmək üçün güzəştli hüquqlar əldə edib.

Резервуары для хранения сырой нефти в терминале в Кушинге, США - Sputnik Azərbaycan
TƏHLİL
Şist kollapsı: ABŞ neft hasilatının düşməsi üzrə rekordsmen olacaq

İsrail beynəlxalq bazara çıxmaq qərarına gəldiyi zaman hər şey tam olaraq dəyişdi. Kiçik "Noble"-ni dərhal Amerikanın neft nəhəngi "Chevron" aldı. Əməliyyat beş milyard dollara başa gəldi və ilin sonuna qədər başa çatacaq.

Şübhə yoxdur ki, Ankara onun iqtisadi və geosiyasi maraqları üçün təhlükənin haradan qaynaqlandığını yaxşı anlayır və bu səbəbdən də Amerika-Türkiyə münasibətlərinin yaxşılaşacağına ümid etməyə dəyməz. Sözügedən "EastMed"-in tikintisinin də sürətli razılaşdırılmasını gözləməyə dəyməz. İsrail borusu inşa edilmiş təchizat və ixrac gəlirləri sxemini dağıda bilər, bu isə region ölkələri arasındakı problemlərin həllinə heç cür imkan vermir.

Bir sözlə, əgər "EastMed" layihəsi ölü nöqtədən tərpənsə belə, onun başa çatması üçün azı yeddi il lazım gələcək. "Qazprom"un boruları isə artıq avqustun 3-də Almaniyaya qədər olan 160 kilometrlik magistrala çatmaq üçün işə başlayacaq. Bundan sonra isə təkcə iki Baltik qoluna Rusiya 110 milyard kubmetr qaz verəcək. Bu isə hətta İsrail-yunan tandeminin nəzəri cəhətdən təklif edə biləcəyindən 11 dəfə çoxdur.

Xəbər lenti
0