BAKI, 24 iyul – Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Посмотреть эту публикацию в Instagram
Hazırkı dövrədək ölkəmizdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 365 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə 667 819 test aparılıb.