Gürcüstan səfirliyi Azərbaycanda müvəqqəti qalan vətəndaşlarına müraciət edib

© AP Photo / Shakh AivazovОтражения в воде флага Грузии и собора Светицховели
Отражения в воде флага Грузии и собора Светицховели  - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək ölkədə qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasında müvəqqəti qalan vətəndaşlarına müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yarandığı bildirilir:

"Xüsusilə Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq Vətənə qayıtmağa çalışırlar. Qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub. Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək ölkədə qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və Vətənə qayıtmaq üçün əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq".

Müraciətdə qeyd olunur ki, COVID-19-a qarşı mübarizə prosesində Azərbaycan və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaları mərhələli şəkildə, yalnız əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək: "Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək onların mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaları prosesini davam etdirmək üçün əvvəlcədən səfirlikdə qeydiyyatdan keçmələrinə çağırırıq".

Xəbər lenti
0