BAKI, 22 iyul – Sputnik. Bu gün Türkiyədə koronavirusa daha 902 nəfər yoluxub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 222 402 nəfərə çatıb.
Bu gün qonşu ölkədə daha 19 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının ümumi sayı 5 545 nəfərə yüksəlib.
Eyni zamanda daha 1 203 pasiyent sağalıb. Beləliklə Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 205 214 nəfərə çatıb.