BAKI, 22 iyul – Sputnik. Prezident İlham Əliyevin “Facebook” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:
“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.
Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva da 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib. Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabındakı paylaşımında bildirilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!".
Qeyd edək ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.