Masazır gölü və ya Masazırgöl Bakı yaxınlığında yerləşir. Bu göl hələ hasilatı 19-cu əsrdə başlayan böyük duz yataqları ilə məşhurdur. Göl o qədər duzludur ki, orada flora və fauna yoxdur. Əgər əvvəllər burada duzu kustar üsulla əldə edirdilərsə, artıq bir müddətdir ki, burada duzçıxarma zavodu fəaliyyət göstərir.
Yay fəslində göl o qədər quruyur ki, səthində qalın duz təbəqəsu yaranır. Bu təbəqənin üstündə gəzmək olsa da, bəzi yerlərdə deşiklər yaranır. Gölün hasara alınmasına və “Qadağandır” işarələrinə baxmayaraq, çoxları su götürmək və duzlu hava udmaq üçün buraya gəlirlər. Hesab edilir ki, buranın suyu bəzi dəri xəstəliklərinin müalicəsində, havası isə astma və qalxanvari vəzi problemlərində kömək edir.
Sizə Bakı yaxınlığında yerləşən Masazır gölündən fantastik mənzərələrə Sputnik Azərbaycan-ın fotolentində baxmağı təklif edirik.