Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 22 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 616 500 nəfər vəfat edib, 8 467 751 xəstə isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 902 min 058 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 782 040 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.