CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kommunal problemlərdən canımız qurtaracaq: Vahid Sistem köməyə gəlir

© Photo : Facebook / ASAN Xidmət9108 Çağrı Mərkəzi
9108 Çağrı Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Vahid platforma vahid yanaşma deməkdir. Bu, istehlakçıların fasiləsiz kommunal xidmətlərlə təmin edilməsinə və eyni zamanda müraciətlərin vahid sistem vasitəsilə baxılması, öyrənilməsi və daha qısa zamanda həllinə imkan yaradacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Energetika Nazirliyində kommunal sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi, kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Калькулятор - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bəzi şəxslər üçün kommunal və rabitə xərcləri limiti artırılır

Sputnik Azərbaycan-ın məlumatına görə, Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin yaradılması bu sahədə zəruri məlumatların toplanıldığı, emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır.

Sistemin üstünlükləri ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi baxımından vacibdir: "Bu addım proqnozların hazırlanması, bu istiqamətdə tədqiqatların və digər fəaliyyətlərin həyata keçirilməsinin daha effektli və daha sistemli şəkildə reallaşmasına imkan verəcək. Eyni zamanda istehlakçılar üçün də vacib məqamlardan biridir. Çünki istehlakçılar artıq vahid platforma vasitəsilə kommunal xidmətlər üzrə müraciətləri vahid platformada ünvanlaya biləcəklər. Bu da bir platformadan istifadə etməklə müraciət imkanı və hər hansı çətinliklər olarsa, bunun daha qısa zamanda həlli imkanları deməkdir".

"Nəticədə bu, imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərin əldə edilməsi ilə bağlı üzləşəcəkləri potensial çətinlikləri daha qısa zamanda həll edə bilsinlər. Bu addım istehlakçıların kommunal xidmətlərə əlçatanlığının artırılması və fasiləsiz kommunal xidmətlərin təmin edilməsi baxımından da vacib hesab olunur", – deyə deputat qeyd edib.

O bildirib ki, digər tərəfdən bu, imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi vasitəsilə də müraciət etsinlər və onları maraqlandıran məsələlərə daha qısa zamanda aydınlıq gətirilsin: "Vahid platforma vahid yanaşma deməkdir. Bu, istehlakçıların fasiləsiz kommunal xidmətlərlə təmin edilməsinə və eyni zamanda müraciətlərin vahid sistem vasitəsilə baxılması, öyrənilməsi və daha qısa zamanda həllinə imkan yaradacaq".

Kommunal xidmət qəbzləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kommunal xidmətlərdə yeni limitlər tətbiq ediləcək

Qeyd edək ki, Energetika Nazirliyində keçirilən iclasda Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib, bu sistemin "Texniki Tapşırığı"nın, internet səhifəsinin dizaynı və loqosunun hazırlandığı qeyd edilib. Sistemin proqramlaşdırılmasına başlanılması, o cümlədən monitorinq formaları və problemlər haqqında əhaliyə məlumatların ötürülməsi mexanizmlərinin müəyyənləşdirilməsi ilə bağlı növbəti addımlar nəzərdən keçirilib.

İclasda, həmçinin kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin və yanacaq-enerji balansının elektronlaşdırılması ilə bağlı proqram təminatının yaradılmasına dair fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.

Onu da bildirək ki, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanında Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarının Energetika Nazirliyinə həvalə edilməsi nəzərdə tutulur.

Xəbər lenti
0