Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Heç hara işləmir - Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi kəskin azalıb

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ilin iyun ayında ictimai iaşə dövriyyəsi ötən ilin iyun ayı ilə müqayisədə 4,3 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 45,6 faiz azalaraq 377,1 milyon manat olub.

BAKI, 22 iyul — Sputnik. Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. 

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin mart, aprel, may və iyun ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12,0 dəfə) nəticəsində mart, aprel, may və iyun aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalması olub. Cari ilin iyun ayında ictimai iaşə dövriyyəsi ötən ilin iyun ayı ilə müqayisədə 4,3 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 45,6 faiz azalaraq 377,1 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,3 faizi hüquqi şəxslərin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 39,4 faiz azalaraq 169,4 milyon manat olub.

Xəbər lenti
0