Ermənistanda bir gündə 16 nəfər koronavirusdan öldü

© AFP 2024 / DIEGO CARTAGENAЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 24 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1073-ə çatıb.

BAKI, 22 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 35693-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 493 nəfər artıb.

Ermənistanda son gündə daha 16 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 678-ə çatıb. Xəstəlikdən sağalanların sayı 24766 olub. Hazırda bu ölkədə 10032 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 24 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1073-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 15 milyonu keçib, 616 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0