CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı üzrə koronavirusa yoluxmada bu rayonlar "liderdir"

© Photo : The State Customs Committee of ARТест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива
Тест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12 faizi Yasamalda qeydə alınıb. Ən az yoluxma Pirallahı rayonunda (0,3 faiz) olub

BAKI, 22 iyul — Sputnik. Paytaxt üzrə koronavirusa yoluxmanın üstünlük təşkil etdiyi rayonlar açıqlanıb.

Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12  faizi Yasamalda qeydə alınıb. Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,5 faizlə Xəzər, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.

Qeyd edək ki, son statsitikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Xəbər lenti
0