CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada Zərdabinin büstü açıldı – Sputnik Azərbaycan-ın əməkdaşı mükafatlandırıldı

© Sputnik / Leyla AbdullayevaQubada
Qubada - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan-ın bölgə müxbiri Leyla Abdullayeva Quba Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 iyul – Sputnik. Bu gün Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib, milli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin abidəsinin açılışı olub.

Zərdabinin abidəsinin ucaldılması ideyasını tanınmış jurnalist Aytəkin Alxaslı ötən il Milli Mətbuat Günündə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin mətbuat işçiləri ilə görüşü zamanı irəli sürüb. İcra başçısı bu il Mətbuat Gününə qədər bu arzunu reallaşdırıb.

© Sputnik / Leyla AbdullayevaQubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi
Qubada Zərdabinin büstü açıldı – Sputnik Azərbaycan-ın əməkdaşı mükafatlandırıldı - Sputnik Azərbaycan
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, abidə Həsən bəy Zərdabinin adını daşıyan və tamamilə yenidən qurulmuş istirahət parkında ucaldılıb. Tədbirdə  yerli icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.

Görkəmli ədibin xatirə kompleksinin mərkəzində postament üzərində qoyulan abidənin hündürlüyü 1,65 metrdir. Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.

Üç hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılıb. Parka səki daşları döşənib, idman sahələri salınıb. Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib.

© Sputnik / Leyla Abdullayeva
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi - Sputnik Azərbaycan
1/3
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi
© Sputnik / Leyla Abdullayeva
Sputnik Azərbaycan-ın bölgə müxbiri Leyla Abdullayevanın diplomu - Sputnik Azərbaycan
2/3
Sputnik Azərbaycan-ın bölgə müxbiri Leyla Abdullayevanın diplomu
© Sputnik / Leyla Abdullayeva
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi - Sputnik Azərbaycan
3/3
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi
1/3
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi
2/3
Sputnik Azərbaycan-ın bölgə müxbiri Leyla Abdullayevanın diplomu
3/3
Qubada Həsən bəy Zərdabinin abidəsinin açılış mərasimi

Park ən çox Zərdabi qəsəbəsinin sakinlərini sevindirib. Onlar rayon icra başçısına və bu işdə əziyyəti keçən bütün şəxslərə təşəkkürlərini bildirdirdilər.

Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar. Daha sonra media nümayəndələrinə icra başçısının təltif etdiyi mükafatlar təqdim olunub. Onlar arasında Sputnik Azərbaycan-ın bölgə müxbiri Leyla Abdullayeva da olub.

Xəbər lenti
0