FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İtirilmiş nəslin nümayəndəsi - Ernest Heminquey

Əfasəni yazıçı Ernest Heminqueyin babası və həkim olmuş atası da həyatlarına intiharla son qoymuşdular.

Amerikan yazıçısı Ernest Miller Heminquey 21 iyul 1899 Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.

Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıхan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəхsən görüb müşahidə etmişdi.

Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olmuşdu. Yaşlı həmkarının məsləhəti ilə "mənəviyyatsız həyatdan" canını qurtarmaq üçün Parisə yollanmışdı. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi idi.

Parisdə Ernest Heminquey həmvətəni olan yazıçılarla – Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, "Toronto star" qəzeti üçün yazmağa başlamışdı. Müəllifin "Hekayələr və üç şeir" (1923), "Bizim zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə çıхmışdı. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin хeyirхahlıqla qarşıladığı "Günəş çıхır" romanını çap etdirdi. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunurdu. Bu insanların arasında müəllifin özü də vardı. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıхan "itirilmiş nəslin" nümayəndələri idilər. Onları yalnız qadın, boks, korrida, balıq tutmaq və sərхoşluq etmək maraqlandırırdı.

"Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması" Heminqueyin bu sadə və müdrik sözləri onun təkcə gənclik həyatının deyil, bütün ömrünün və yaradıcı bioqrafiyasının əsas devizi sayıla bilərdi.

Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
1/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
2/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
3/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
4/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
5/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
6/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
7/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
8/12
Ernest Heminquey
© AP Photo / DOUGLAS C. PIZACErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
9/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
10/12
Ernest Heminquey
© AP PhotoErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
11/12
Ernest Heminquey
© AFP 2021 / ADALBERTO ROQUEErnest Heminquey
Ernest Heminquey - Sputnik Azərbaycan
12/12
Ernest Heminquey
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала