CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uzaq Amerikadan gəlib Bakıda dövlət məktəbini seçdilər - İnanılmaz

Abunə olmaq
Frimen ailəsi dörd ildir Bakıda yaşayır və onlar çoxdan mədəniyyətimizin, cəmiyyətimizin bir hissə olublar. İbtidai sinifdə oxuyan iki qızını nə üçün məhz dövlət məktəbinə göndərmək istədiklərinin səbəbini isə videomuzda izləyin.

Cemma və Brent Frimen Bakıya gəldiyi ilk gündən cəmiyyətin bir hissəsi olmağa çalışır, mətbəximizi dadır, dilimizi öyrənməyə səy göstərir. Onların burada qurduğu biznes belə Azərbaycanla bağlı suvenirlərə həsr edilib.

“Azərbaycan toylarının yerini heç nə vermir” – Amerikalı sahibkar ölkəmiz haqqında  - Sputnik Azərbaycan
VİDEO
“Azərbaycan toylarının yerini heç nə vermir” – Amerikalı sahibkar ölkəmiz haqqında

Amma ölkəmizdə yaşayan bir çox xarici ailə kimi onlar öz iki qızını (9 yaşlı Cazzi və 7 yaşlı Obri) beynəlxalq ingilisdilli məktəbə deyil, adi dövlət məktəbinə göndərməyə qərar veriblər.

“Onlar yerli məktəbə çox tez öyrəşdilər və indi həm yeni dilləri öyrənirlər, həm də yerli uşaqlarla çox yaxşı anlaşırlar. Buna görə də biz bunu bir nemət kimi qəbul edirik”, - deyə evin xanımı Cemma bizimlə bölüşüb.

Cemma etiraf edib ki, ilk öncə yeni dillərə öyrəşmək çətin olsa da, onlar özlərinə çoxlu yeni dost qazanıb və artıq müəllimlərini çox sevirlər.

“Biz xaricdə yaşamağı qərara alanda, bunu birlikdə, ailəlikcə etmək istəyirdik. Qızlarımız bu cəmiyyətin mədəniyyətinə köklənəndə, dilini, insanlarını tanıyanda, Azərbaycanlı uşaqlarla oturub-duranda, onlar tamamilə müxtəlif mədəniyyətin qapısını açmış olurlar”, - deyə amerikalı iş qadını bizə danışıb.

Qızlar isə bütün bayram şənliklərinə qatılmağı sevir, ümumiyyətlə Bakıdakı həyatlarını məktəbləri olmadan təsəvvür etmirlər. Və hal-hazırda bütün məktəblər karantinlə əlaqəli olaraq bağlı olsa da, dərslərin yenidən başlamasını dörd gözlə gözləyirlər.

Xəbər lenti
0