Ukraynada insanları girov götürən şəxsdən yeni xəbər var

© REUTERS / TETIANA HRISHYNAМесто захвата заложников в Луцке
Место захвата заложников в Луцке - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik insanları girov götürən şəxsin nə istədiyi bilinmir. İnsanları girov götürən şəxsin üzərində silahla yanaşı, partlayıcı qurğu da var.

BAKI, 21 iyul — Sputnik. Ukraynanın Lutsk şəhərində sərnişinlərlə bigə avtobusu ələ keçirən şəxs əslən Rusiyadandır. Onun əsl adı Maksim Krivoşdur. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko bildirib.

O, qeyd edib ki, Krivoş Maksim Stepanoviç 1975-ci ildə anadan olub, əslən Rusiya Federasiyasının Orenburq vilayətinin Qay qəsəbəsindəndir.

Nazir müavinin sözlərinə görə, daha əvvəl tərətdiyi cinayət əməllərinə görə Krivoş iki dəfə, üst-üstə 10 il müddətinə azadlıqdan məhrum edilib .

Hələlik insanları girov götürən şəxsin nə istədiyi bilinmir. İnsanları girov götürən şəxsin üzərində silahla yanaşı, partlayıcı qurğu da var.

Hadisə yerinə texnika cəlb olunub.

Ukrayna Prezidenti qeyd edib ki, vəziyyət onun nəzarəti altındadır və hazırda insanları girov götürən şəxslə danışıqlar aparılır: "Biz vəziyyəti nəzarət altında saxlayırıq. Mən bütün detalları bilirəm. Mən Lutskda olan mütəxəssislərlə danışıram. Peşəkarlar işləyir, bizim girovları azad etmək üçün hər şey edilir. Hazırda vətəndaşlarımızı girov götürən şəxslə danışıqlar aparıldığındna mən bu barədə danışa bilmərəm".

Qeyd edək ki, Ukraynanın Lutsk şəhərində silahlı şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

Xəbər lenti
0