BAKI, 21 iyul — Sputnik. Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.