ABŞ Konqresi Azərbaycan torpaqlarının işğal faktını tanıdı

© AP Photo / Patrick SemanskyКапитолий США, фото из архива
Капитолий США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər ölkələrdə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir.

BAKI, 21 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.

Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.

"Söhbət Azərbaycan, Gürcüstan və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər ölkələrdə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Burada söhbət Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi düzəlişdən gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur", - deyə XİN rəsmisi vurğulayıb.

Düzəlişlə BURADAN tanış ola bilərsiniz.

https://amendments-rules.house.gov/amendments/Chabot_FormerUSSR_IDPRept_v271420155103513.pdf?fbclid=IwAR1hAt9fc-nwGlVO8j6rj9Sx_YPApU2UabqdSpUF1DcWResRRwlhViC1TGw

Xəbər lenti
0