Koronavirusa yoluxanların sayı bir psixoloji həddi keçdi

© AP Photo / Mahmoud IlleanСитуация в связи с эпидемиологической обстановкой в Израиле
Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 773 min 260 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 14 507 491-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 606 173 nəfər vəfat edib, 8 133 663 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 773 min 260 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 770 311 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0