CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin köməkçisi: “Avqustun 5-dən sonra yumşalma olacaq”

© Photo : REPORTPrezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov - Sputnik Azərbaycan
Abunə olmaq
“Ancaq qaydalara əməl olunmasa, yoluxmanın səviyyəsi artsa, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qala bilərik”

BAKI, 20 iyul – Sputnik. “Avqustun 5-dən yumşalmaya gedəcəyik”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bununla belə, insanlar sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenaya diqqət yetirməlidir: “Ancaq qaydalara əməl olunmasa, yoluxmanın səviyyəsi artsa, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qala bilərik”.

Xəbər lenti
0