BAKI, 19 iyul — Sputnik. Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azalaraq 55 nəfərə düşüb.
Bu barədə Sputnik Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.
Qeyd edək ki, iyulun 18-də süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 63 nəfər idi.
Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində 340 xəstə müalicə olunur. Qeyd edək ki, ötən gün bu rəqəm 333 nəfər təşkil edirdi.