CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşda ər arvadını atası evində qətlə yetirib

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Nuranə Səttarova 2012-ci Tofiqi kəndinə gəlin gəlib. Bir həftə öncə ər və arvad arasında münaqişə olub.

BAKI, 19 iyul - Sputnik. Ağdaş rayonunda ər arvadını bıçaqlayaraq qətlə yetirib.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Nehrəxəlil kəndində baş verib.

Rayonun Tofiqi kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elbrus qızını bıçaqlayıb. Səkkiz bıçaq xəsarəti alan Nuranə Səttarova dünyasını dəyişib.

Yerli sakinlərinin sözlərinə görə, Nuranə 2012-ci Tofiqi kəndinə gəlin gəlib. Bir həftə öncə ər və arvad arasında münaqişə olub. Bundan sonra Nuranə Səttarova Nehrəxəlil kəndində yaşayan atasının evinə gedib. Bu gün günorta saatlarında Tural Səttarov qayınatasıgilə gedərək yenidən həyat yoldaşı ilə dava edib və onu bıçaqlayıb. Üç uşaq anası olan Nuranə Səttarova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Xəbər lenti
0