Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusdan sağalmanı sürətləndirmək olar – Üsul bəlli oldu

© Sputnik / Murad OrujovTəcili yardım briqadası
Təcili yardım briqadası - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.

BAKI, 18 iyul — Sputnik. Amerika alimləri aşağı dozalı şüa terapiyasının koronavirus pasiyentlərinin sağalmasını sürətləndirməyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Ridus" bildirir.

Koronavirus peyvəndini özündə sınamış könüllülər artıq xəstəxanadan çıxıblar  - Sputnik Azərbaycan
VİDEO
Koronavirus peyvəndini özündə sınamış könüllülər artıq xəstəxanadan çıxıblar

Qeyd edilir ki, tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.

Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Lakin adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gün təşkil edib.

Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıb.

Qeyd edək ki, dünyada koronavirus qurbanlarının sayı 600 min nəfəri ötüb. COVID-19-un qeydə alındığı 213 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 14 milyon nəfərdən artıqdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

 

Xəbər lenti
0