BAKI, 18 iyul — Sputnik. Ermənistan silahlı bölməsinin əsgəri ölüb.
Sputnik Ermənistan xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Alik Manukyan naməlum şəraitdə güllə yarası alıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.