BAKI, 18 iyul — Sputnik. Bir aydan artıqdır ki, koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə özünün "İnstagram" hesabından paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, Əməkdar artist paylaşımında bunu yazıb: "Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşdiyindən o iyunun 13-də müalicə aldığı xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb və ECMO cihazına qoşulub. İyulun 1-dən etibarən isə Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.
Əməkdar artistin müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi nəzarətinə götürüb.