CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN xidmət" və "ASAN Kommunal"da qeyri-iş günlərinin sayı bəlli oldu

© Official website of President of Azerbaijan RepublicЗдание Центра ASAN Kommunal номер 1
Здание Центра ASAN Kommunal номер 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust tarixlərində Bakı şəhərindəki bütün "ASAN xidmət" və "ASAN Kommunal", Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.

BAKI, 18 iyul — Sputnik. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Bu barədə "ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust tarixlərində Bakı şəhərindəki bütün "ASAN xidmət" və "ASAN Kommunal", Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.

Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Xəbər lenti
0