CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdə qalmağımız hədər gedəcək - On gün də gözləyək

© Photo : The State Customs Committee of ARМедик в Госпитале Таможенного Комитета, фото из архива
Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlal İsayev: "Düşünürəm ki, biz o günlərdəki kütləvi toplaşmaların acı nəticəsini 14 gün ərzində görəcəyik"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

Сотрудники полиции проверяют разрешения жителей столицы для выхода на улицу - Sputnik Azərbaycan
CƏMİYYƏT
Operativ Qərargah karantin rejimi ilə bağlı müraciət yayıb

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Verilən qərar COVID-19-un daha da yayılmasının qarşısını almaq üçün atılıb. Verilən qərarlarda həmçinin yoluxmanın qarşısını almaq üçün insanların kütləvi şəkildə bir yerdə toplaşması qadağan olunur, buna görə müəyyən cərimələrin tətbiq olunacağı bildilir.

Lakin bir neçə gün əvvəl paytaxtda ordumuza dəstək məqsədilə keçirilmiş yürüşdə, eləcə də şəhid dəfnlərində kütləvi toplaşma koronavirus təhlükəsinin alovlanması ilə bağlı narahatlığı artırıb. Çünki, koronavirusa yoluxma əsasən kütləvilik olan yerlərdə qeydə alınır. Üstəlik keçirilən yürüşdə və hərbçilərin dəfnlərində toplaşan insanların tibbi maska taxmaması, heç bir qoruyucu vasitələrdən istifadə etməməsi bu təhlükəni daha da artırır. Sputnik Azərbaycan yürüşdə, eləcə də şəhid dəfnlərində kütləvi toplaşma hallarının Azərbaycanda koronaviorusun yayılma statistikasına necə təsir edəcəyini araşdırıb.

Lənkəranda sərt karantin rejimi - Sputnik Azərbaycan
Xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun inkubasiya dövrü ərzində kütləvi toplaşan insanlar arasında yoluxma sürətlə arta bilər: "Koronavirusun inkubasiya dövrü 14 gündür. Bu 14 gündə biz həmin kütləvi toplaşmaların acı nəticəsini görə bilərik. Əgər orada 100-200 virus ifraz edən insan olubsa, onlar həm o toplantılarda iştirak edənləri, həmçinin də hazırda ətraflaında olan insanları yoluxdurmaqda davam edirlər. Xəstələnənlərdə virus kliniki ola bilər. Ola bilər ki, kimsə bu virusu simptomsuz keçirir. Amma onlar digərlərini yoluxdurmaqda davam edirlər".

C. İsayev bildirir ki, kütləvi toplaşma yerlərində tibbi maskadan istifadə edilməməsi isə bu riski ikiqat artırıb: "Biz indiyədək tibbi maskadan istifadənin sosial məsafənin qorunmasının vacibliyini vurğulamışıq. İnsanlar sərt karantinə görə evlərində qalırlar. Bu tədbirlər lazım olmasaydı sərt karantin elan edilməzdi. İnsanlar unutmamalıdırlar ki, biz hazırda iki cəbhədə mübarizə aparırıq. Bunlardan biri ermənilər, digəri koronavirusdur. Düşünürəm ki, biz o günlərdəki kütləvi toplaşmaların acı nəticəsini 14 gün ərzində görəcəyik".

Bakıda təcili yardım avtomobillləri - Sputnik Azərbaycan
SƏHİYYƏ
Son sutkada 471 nəfər COVID-19-a yoluxub

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kütləvi toplaşmalar korronavirusa yolxuma təhlükəsini daha da artırır: "Sərt karantin rejimi ona görə tətbiq edilir ki, insanlar maksimum qədər bir-biriləri ilə ünsiyyətdə olub virusa yoluxmasınlar. Amma cəbhədə baş verən hadisələrdən sonra kütləvi toplaşmalar karantinin sanki əhəmiyyətsiz olduğu anlamına gəldi. İnsanlar hər bir situasiyada virus təhlükəsini yada salmalı, karantin rejiminə əməl etməlidirlər. Kütləvi toplaşma olan yerlər virusun yayılması üçün münbit ocaqdır. Üstəlik həmin yerlərdə insanlar məsafə saxlamırsa, tibbi maska taxmırsa bu təhlükəni daha da artırır. Bu gün insanlar toplaşıbsa həmin gün onlarda virusun əlamətləri müşahidə edilməyə bilər. Təcrübə göstərdi ki, sms icazə ləğv edildikdən bir neçə həftə sonra virusa yoluxma sayı artdı. Ona görə də, son kütləvi toplaşmaların virusa yoluxma sayına təsiri bir-iki həftə sonra özünü göstərə bilər".

Xəbər lenti
0