Türkiyə MSİ direktoru: "PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir"

© AFP 2024 / BIROL BEBEKТурецкий военный беспилотник, фото из архива
Турецкий военный беспилотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsmayıl Dəmir "Twitter" səhifəsində paylaşıb.

"İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Hərbi Müdafiə Sənayemiz PUA-larımızdan tutmuş silah-sursat, raketlərimizə, radioelektron mübarizə vasitələrinə qədər bütün təcrübə, texnologiya və imkanları ilə Azərbaycanın əmrindədir", - deyə görüş zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib.

https://twitter.com/IsmailDemirSSB/status/1284038239083466753

İsmayıl Dəmir eyni zamanda qeyd edib ki, Azərbaycan ordusuna yeni sistemlər qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşdirilməsi və texniki baxış və təhsil sahələrində də birlikdə işləyəcəyik: "Bir millət, tək dövlət".

https://twitter.com/IsmailDemirSSB/status/1284039514315460613

Xəbər lenti
0