On doqquzuncu əsrdə doğulmuş qadın uzunömürlülüyün sirrini açdı

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sənədlərə görə, Fransiska Susano 1897-ci il sentyabrın 11-də dünyaya gəlib. Uzun ömürlü qadının həqiqətən də 19-cu əsrdə doğulduğunu təsdiq edilsə, o, dünyanın ən yaşlı qadını kimi tanınacaq.

BAKI, 17 iyul — Sputnik. Filippinin Kabankalan şəhərinin 122 yaşlı sakini uzunömürlülüyün sirrini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Newsflare" nəşri yazır.

Sənədlərə görə, Fransiska Susano (Francisca Susano) 1897-ci il sentyabrın 11-də dünyaya gəlib. Hazırda Filippin hakimiyyəti onun yaşını yoxlayır. Uzun ömürlü qadının həqiqətən də 19-cu əsrdə doğulduğunu təsdiq edilsə, o, dünyanın ən yaşlı qadını kimi tanınacaq.

Əvvəllər Susano fermada işləyib, onun 14 uşağı var. O, uzunömürlü olmasının səbəbini bütün həyatı boyu yediyi tərəvəzlərdə və dodaq qarmonunda görür. Susano hər gün yuxudan oyananda dodaq qarmonunda ifa edir. Qadın badımcanı, yunan qabağını, kök bitkilərini, eləcə də balı sevir.

Rəsmi olaraq Yaponiyanın Fukuoka şəhərindən olan 117 yaşlı Kane Tanaka dünyanın ən yaşlı qadını sayılır. O, 1903-cü il yanvarın 2-də anadan olub.

Uzunömürlülük rekordu 1997-ci ildə 122 yaşında vəfat etmiş fransalı qadın Janna Kalmana (Jeanne Calment) məxsusdur. Lakin tədqiqatçılar onun yaşını şübhə altına alırlar.

Xəbər lenti
0