"Məlumatları qoruyacağıq": Türkiyə S-400 haqqında söz verib

© Sputnik / Aleksandr KryazhevТранспортно-пусковая установка зенитного ракетного комплекса С-400 "Триумф" на военном параде на Красной площади, фото из архива
Транспортно-пусковая установка зенитного ракетного комплекса С-400 Триумф на военном параде на Красной площади, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qədər əvvəl amerikalı senator Con Tun ABŞ-ın müdafiə büdcəsinə düzəlişlər edərək bu kompleksləri Türkiyədən almağı təklif edib.

BAKI, 17 iyul — Sputnik. Türkiyə S-400 zenit raket sistemi haqqında məlumatı gizli saxlamağa söz verib. Sputnik Azərbaycan "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmir bəyan edib.

Bir qədər əvvəl amerikalı senator Con Tun Vaşinqtonla Ankara arasında S-400 üzrə ziddiyyətlərin həlli üsulunu açıqlayıb. O, ABŞ-ın müdafiə büdcəsinə düzəlişlər edərək bu kompleksləri Türkiyədən almağı təklif edib.

"Rusiya S-400 sistemi haqqında məlumatların təhlükəsizliyindən narahatlığını ifadə edib və Türkiyə ona bu məlumatları qoruyacağına söz verib", – İsmayıl Dəmir deyib.

Türkiyə-ABŞ münasibətlərində böhrana səbəb olmuş S-400-lərin tədarükü ötən il iyulun ortalarında başlayıb. Vaşinqton Ankaradan sövdələşmədən imtina etməyi və ABŞ-dan "Patriot" komplekslərini almağı tələb edib. Amerikalılar Türkiyəni ən yeni F-35 qırıcı təyyarələrinin satışını təxirə salmaq və ya ümumiyyətlə ləğv etmək, həmçinin ona qarşı sanksiyalar tətbiq etməklə hədələyiblər. Ankara güzəştə getməkdən imtina edib.

Rusiya keçən il dörd S-400 divizionunun Türkiyəyə göndərilməsi üçün 2,5 milyard dollarlıq müqaviləni yerinə yetirib. İyunda tərəflər həmçinin bu sistemlərinin ikinci dəstinin tədarükü ilə bağlı prinsipial razılığa gəliblər.

Xəbər lenti
0