Bəhram Bağırzadə ilə bağlı xoş xəbər

© Sputnik / Murad OrujovAktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin vəziyyəti isə ağırdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. "Əməkdar artist Bəhram Bağırzadənin səhhətində müsbət irəliləyiş var. B.Bağırzadə artıq danışır, özü qidalanır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm söyləyib. O, bildirib ki, koronavirusa yoluxan Əməkdar artistin səhhətində irəliləyiş uzun sürən müalicənin nəticəsində əldə olunub. Ə.Rüstəm həmçinin bildirib ki, koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin vəziyyəti isə ağırdır: "1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoluqu Kərəm Yaqubov süni koma vəziyyətində saxlanılır".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən o, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

 

 

Xəbər lenti
0