SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT PA: Dağlıq Qarabağ üzrə sülh danışıqları təhlükə altına alına bilər

© Sputnik / Kamal AlmuradlıKeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
O, sərhəddə baş verən hadisələri diqqətlə izlədiyini və məsələ ilə bağlı ATƏT PA-dakı nümayəndə heyətləri və müvafiq beynəlxalq qurumlarla müzakirələr apardığını bildirib.  

BAKI, 17 iyul - Sputnik. “Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını təhlükə altına ala bilər”.

“Report” xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanatda deyilir.

O, sərhəddə baş verən hadisələri diqqətlə izlədiyini və məsələ ilə bağlı ATƏT PA-dakı nümayəndə heyətləri və müvafiq beynəlxalq qurumlarla müzakirələr apardığını bildirib.  

G.Tsereteli tərəfləri vəziyyətin deeskalasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb: “Bu gün təəssüflər olsun ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsini müşahidə edirik. Bu, müharibədən əziyyət çəkən sadə insanların vəziyyətini daha da ağırlaşdırır”.

Xəbər lenti
0