BAKI, 16 iyul – Sputnik. Azərbaycanda sərt karantin rejiminin daha iki həftə uzadılması nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu AzTV-də yayımlanan “Hədəf” verilişdə qonaq olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şahmar Mövsümov bildirib ki, karantinin uzadılmasına məcburuq.
O əlavə edib ki, heç kəs hazırda pandemiya şəraitində olduğumuzu və karantin rejiminin davam etdiyini unutmamalıdır.
Ş.Mövsümov qeyd edib ki, Azərbaycan səhiyyə sistemi pandemiya şəraitinə uyğunlaşdırılıb.