Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirusu neytrallaşdırır: Rusiyada SARS-CoV-2 anticisimləri yaradılıb

© Photo : NIAID-IRFВид на зараженную коронавирусом клетку под микроскопом
Вид на зараженную коронавирусом клетку под микроскопом - Sputnik Azərbaycan
Abunə olmaq
Bu istiqamətdə əlavə tədqiqatlar koronavirus xəstəliyinin spesifik terapiyası və profilaktikası üçün preparatlar yaratmağa kömək edəcək.

BAKI, 16 iyul — Sputnik. Rusiya Elmlər Akademiyasının Sibir Şöbəsinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun alimləri ilk dəfə olaraq SARS-CoV-2 koronavirusunu neytrallaşdıran anticisimləri yaradıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının Sibir Şöbəsinin müdirinin perspektivli layihələr üzrə müşaviri Olqa Doroxova məlumat verib.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada koronavirusa yoluxanların sayı 750 mini keçdi

"Bunun üçün COVID-19-dan sağalmış donorların qan nümunələrindən və B-limfositlərin unikal çeşidlənməsi texnologiyasından istifadə olunub", – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, alınan anticisimlər virusun və ACE2 membran zülalının qarşılıqlı təsirinə maneə törədir və buna görə də virusun insan hüceyrələrinə nüfuz etməsinin qarşısını alır. Bu istiqamətdə əlavə tədqiqatlar koronavirus xəstəliyinin spesifik terapiyası və profilaktikası üçün preparatlar yaratmağa kömək edəcək.

"Bundan əlavə, əldə edilən materiallar koronavirus infeksiyası zamanı qoruyucu immunitetin xüsusiyyətlərini araşdırmağa imkan verəcək və vaksinlərin təkmilləşdirilməsində tələb olunacaq", - Doroxova əlavə edib.

Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun immunogenetika laboratoriyası biologiya elmləri doktoru Aleksandr Taraninin rəhbərliyi altında xəstəliklərin molekulyar diaqnostikası və müalicəsi vasitələrinin yaradılması, insan zülallarının funksional təhlili, həmçinin immun sisteminin molekulyar təkamülünün yenidən qurulması ilə məşğuldur.

Xəbər lenti
0