Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 750 mini keçdi

© AFP 2023 / TIZIANA FABIТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 11937 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10424 nəfər olub.

BAKI, 16 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6428 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 167 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 752797-a çatıb. Rusiyada pandemiya yayılandan 11937 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10424 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 531692-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13,5 milyonu keçib, 584 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0