CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reanimasiyadakı ağır xəstələrimizin sayı açıqlandı

© AFP 2024 / PIERO CRUCIATTIПациент с COVİD-19
Пациент с COVİD-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.

BAKI, 16 iyul – Sputnik. Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 68 nəfərə çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 345 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.

Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.

Xəbər lenti
0