Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaradağda 27 yaşlı gənci elektrik cərayını vurub

© Sputnik / Sabina AliyevaЭлектрик на столбе, фото из архива
Электрик на столбе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nemət Burfanov "Cənub" və "Qobu" elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsilə birləşdirən zaman yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq ölüb

BAKI, 16 iyul — Sputnik. İyunun 15-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Burfanov Nemət Müşfiq oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Təcili yardım avtomobili  - Sputnik Azərbaycan
HADİSƏ
Yolda dəhşətli faciə - Yük maşını kişinin üstündən keçdi

Sputnik Azərbaycan Qaradağ Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla "Elektrik Quraşdırma" müəssisəsində elektrik quraşdırıcısı işləyən Nemət Burfanovun "Cənub" və "Qobu" elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsilə birləşdirən zaman qeyd edilən yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0