BAKI, 16 iyul — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumət Başçıları iclasında iştirak edəcək. Sputnik Ermənistan xəbər verir ki, Nikol Paşinyan bu məqsədlə bu gün Belarus paytaxtı Minskə gedəcək.
Ermənistan Baş nazirinin Minskə səfəri iki gün davam edəcək.
Onun ölkədə olmadığı vaxt baş nazir səlahiyyətlərini müavini Tiqran Avinyan icra edəcək.