BAKI, 16 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayının pensiyaları ödənilib. Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.