BAKI, 16 iyul – Sputnik. “Tehran Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etməyə hazırdır”.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bildirib.
Onun sözlərinə görə, tərəflər arasında qarşıdurmalar baş verən kimi İran vasitəçilik üçün fəallıq göstərib: “Belə ki, bölgə daha bir münaqişəyə düçar edilə bilməz”.
XİN rəsmisi Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.