CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsl çimmək havası olacaq – Dəniz suyunun hərarəti artır

© Sputnik / Murad OrujovBuzovnada xüsusi rejim zamanı vəziyyət
Buzovnada xüsusi rejim zamanı vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

BAKI, 16 iyul – Sputnik. İyulun 17-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Женщина в защитной маске и солнцезащитных очках на пляже в Кастильоне-делла-Пеская, Италия - Sputnik Azərbaycan
FOTO
Maskalı dəniz! Çimərlik mövsümünün yeni reallığı

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-25,  gündüz  30-35, Bakıda  gecə 23-25, gündüz  33-35 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu,  nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

İyulun 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26, gündüz  33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüddü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.

Xəbər lenti
0