Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib. Sputnik Azərbaycan "Haber Global"-a istinadən xəbər verir ki, nazir müavini Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
Məlumata əsasən Azərbaycanın Müdafiə nazirinin müavini Bakıdan "Airbus A319" tipli təyyarə ilə Ankaraya gəlib. Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti səhər saatlarında Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub. İki saat davam edən görüşdən sonra Ramiz Tahirov Azərbaycana geri dönüb.