BAKI, 16 iyul — Sputnik. Amerikalı reper Kanye Uest 2020-ci ildə ABŞ prezidenti seçkilərində iştirak etməyəcək. Sputnik Azərbaycan Nyu-Yorkun "Intelligencer" jurnalına istinadən xəbər verir ki, bu barədə musiqiçinin təmsilçisi Stiv Kramer bildirib.
Bir müddət əvvəl Uest müstəqil namizəd kimi prezident kürsüsü uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu bildirib.
"O (namizədlikdən - red.) çıxıb", - Kramer jurnala bildirib.
Ötən həftə TMZ portalı mənbələrə istinadən xəbər verib ki, Uestin ailəsi guya musiqiçinin prezidentlik ambisiyalarına görə bipolyar pozuntu keçirməsindən narahat olub.
Kanye Uest ilk dəfə deyil ki, prezident olmaq niyyətini bildirir. Bundan əvvəl o, 2024-cü ildə prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu deyib.
Kanye Uest 2014-cü ildən erməni əsilli model Kim Kardaşyanın həyat yoldaşıdır.