Müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev döyüş zamanı qəhrəmancasına şəhid olublar.
Hər ikisi İkinci Fəxri Xiyabanda dəfn ediliblər. Vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digərləri iştirak ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıblar.