İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlər baş tutub.
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin mayoru 1976-ci il təvəllüdlü Anar Gülverdi oğlu Novruzov qəhrəmancasına şəhid olub. Şəhid Anar Novruzovun cənazəsi doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib. Şəhidin cənazəsini qarşılamaq üçün rayon sakinləri küçələrə axışaraq ehtiramlarını bildiriblər.
Şəhidin tabutuna bükülən Azərbaycanın üç rəngli bayrağı övladına təhvil verilib. Şəhid Anar Novruzov iki övlad atası idi.