Nazirlik “Qrad”dan istifadə edilməsi barədə məlumatı təkzib edib

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: “Ordumuzun “Qrad” sistemindən istifadə etməsi barədə yayılan məlumat dezinformasiyadır”.

BAKI, 15 iyul - Sputnik. “Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O bdiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib: “Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin”.

Xəbər lenti
0