BAKI, 15 iyul — Sputnik. Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə həyata keçirdiyi hücumları şiddətlə qınayırıq. Azərbaycanın acısı bizim acımızdır, bu acıyı dərindən hiss edirik. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
Ermənistanın mənfur hücumuna azərbaycanlıların qəhrəmancasına cavab verdiyini qeyd edən Akar daha sonra bildirib: "Hücum nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət, yaralılarımzın tezliklə sağalmasını, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Bunu çox açıq şəkildə bildirmək istəyirəm ki, Yuxarı Qarabağı heç bir hüquqi əsas və legitimliyə istinad etmədən işğal edən Ermənistana qarşı Azərbaycanın, azərbaycanlı silahdaşlarımızın sonuna qədər yanındayıq. Möhtərəm Prezidentimizin dediyi kimi, bu mənfur hücumu edənlər başlarından böyük işə girişiblər. Ermənistan qurduğu tələyə özü düşəcək", - nazir əlavə edib.