Ermənistan Müdafiə Nazirliyindən yeni etiraf: On yaralı var

© Sputnik / StringerВоенная кепка армянского солдата, фото из архива
Военная кепка армянского солдата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

BAKI, 15 iyul — Sputnik. Azərbaycanın açdığı cavab atəşi nəticəsində 10 erməni əsgəri yaralanıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmi təmsilçisi Şuşan Stepanyan öz "Facebook" səhifəsində bildirib.

"Hazırda müxtəlif dərəcədə xəsarət alan 10 hərbçimiz müalicə alır. Onlardan birinin vəziyyəti çox ağırdır. Beş nəfərin vəziyyəti orta ağırdır. Yerdə qalan hərbçilər gələn həftə xidmətə geri qayıdacaqlar", - deyə Şuşan Stepanyan bildirib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, qarşı tərəfin hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Ermənistan tərəfi itkiləri gizlədir.

Xəbər lenti
0