BAKI, 15 iyul — Sputnik. Azərbaycanda daha bir həkim COVID-19 virusunun qurbanı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Kardiologiya Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, koronavirusa yoluxmuş kardioloq Ruhiyyə Kərimova bu gün səhər saatlarında dünyasını dəyişib.