CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akif Aşırlı: “Mediamız bazar münasibətlərində aktiv iştirakçı olmaqdan kənarda qalıb”

© Photo : HaftaAkif Aşırlı, "Şərq" qəzetinin baş redakoru
Akif Aşırlı, Şərq qəzetinin baş redakoru - Sputnik Azərbaycan
Abunə olmaq
“Şərq” qəzetinin baş rektoru Akif Aşırlı deyir ki, bu gün çap mediasının vəziyyəti o qədər də ürəkaçan deyil
Akif Aşırlı: “Azərbaycan mətbuatı inkişaf və tənəzzül yolu keçib”

“Həsən bəy Zərdabiyə rəhmət oxuyuruq ki, 145 il əvvəl “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının əsasını qoydu”. Bunu Sputnik Azərbaycan-a “Şərq” qəzetinin baş rektoru Akif Aşırlı deyib.

Baş redaktor bildirib ki, 145 il ərzində Azərbaycan mətbuatı inkişaf və tənəzzül yolu keçib: “Azərbaycan mətbuatı beynəlxalq media sisteminin tərkib hissəsidir. Dünya mediasında baş verən yeniliklər bizim çap mediamızda, eyni zamanda digər media qollarımızda tətbiq olunur və biz bu yeniliklərin iştirakçısına çevrilirik. Bu gün çap mediasının vəziyyəti o qədər də ürəkaçan deyil. Medianın bütün qollarında olan problemin ümumi səbəbi reklam bazarı ilə bağlıdır. Azərbaycan mediası son zamanlar bazar münasibətlərində aktiv iştirakçı olmaqdan kənarda qalıb. Bu gün çap mediasının ən önəmli problemlərindən biri də yayımla bağlıdır. Eyni zamanda kadr hazırlıqlarında da dəyişikliklər edilməsi zəruridir. Hazırkı zamanda da çap mediası ən etibarlı mənbə rolunu oynayır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb. Müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.

Akif Aşırlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0