SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Azərbaycan–Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi

© REUTERS / BRIAN SNYDERФлаг США, фото из архива
Флаг США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə substantiv danışıqlara başlamaq çağırışlarına qoşulur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş zorakılığı qəti şəkildə pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, mövcud birbaşa əlaqələrdən istifadə etməyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequs bildirilib.

 Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Lavrovdan Azərbaycan və Ermənistana atəşkəs çağırışı

Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır: "Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə substantiv danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir".

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Xəbər lenti
0